English            
|
|
|
|
|
|
|
|
 
Search
 
 


 
  site by Anar Nəsibov
                                

HAQQIMIZDA

“Bakı Poladtökmə” ASC –nin (Bakı Poladtökmə zavodu) əsası 1969-cu ildə qoyulmuşdur. 1999-cu ildə adı “BPT” ASC olmuşdur. 2003-cü ildən ticarət konstruksiyasındadır.
“Bakı Poladtökmə” ASC-nin 30-dan artıq emalatxanası, sahə və şöbələri vardır. “Bakı Poladtökmə” ASC-nin məhsulları 8 ölkənin 60-dən artıq müəssisəsi tərəfindən alınır. Şirkət təxminən 20 ölkənin 70 kompaniyasından mal idxal edir.
“Bakı Poladtökmə” ASC-nin əsas məqsədi:
• Yerli və xarici metal materialları istehlakçılarının tələblərinin tam ödənilməsi məqsədi ilə müasir tələblərə cavab verən, yüksək keyfiyyətli və geniş çeşidli istehsal imkanlarına malik olan metal emalı sahəsinin genişləndirilməsi və inkişaf etdirilməsi.
• İstehsal olunacaq məhsulların keyfiyyətinin artırılması
• Yeni iş yerlərinin təşkil olunması
"Bakı Poladtökmə" ASC-nin yüksək keyfiyyətli məhsulları AZS və SGS sertifikatlarına layiq görülmüşdür.
İstehsalın inkişafı və müasirləşdirilməsi üçün investisiya qoyuluşunun ümumi dəyəri hər il üçün artmaqdadır. Hər il istehsal məhsullarının çoxsahəli elmi tədqiqatları həyata keçirilir.
Bizim məhsullar yüksək inam və keyfiyyət tələb olunan yerlərdə istifadə olunur.
“BPT” ASC-nin Azərbaycanda və xaricdə 80-dən artıq partnyoru vardır.
Bizim yüksək keyfiyyətli məhsullarımız iqtisadi inkişafın özül açarıdır.

 
İSO 9001-2000 və İSO 14001 KEYFİYYƏT- ƏTRAF MÜHİT İDARƏETMƏ SİSTEMİ
 

MƏRAM

 “Bakı Poladtökmə” ASC qanuni tələblərə əsasən fəaliyyət göstərərək, yüksək keyfiyyətli polad məmulatlarının istehsalını və satışını həyata keçirir. Biz bunu işçilərimiz, rəhbərliyimiz və təchizatçılarımız vasitəsilə edirik. Şirkətimiz öz siyasətini ətraf mühitin mühafizəsi üzərində qurmuşdur və bu siyasətini davamlı olaraq təkmilləşdirir.


            GƏLƏCƏYƏ  BAXIŞ

İstehsal prosesimiz beynəlxalq standartlara əsaslanır. Biz biliklərimizi və müasir təcrübəmizi birləşdirməklə, Xəzər regionunda aparıcı polad istehsalçısı olmağı və beynəlxalq bazarda aktiv fəaliyyət göstərməyi planlaşdırırıq.